Soyutma Sistemləri

Soyutma sistemləri

Şirkətimiz qida sektorunda ehtiyac duyulan saxlanc anbarlarının, soyuducu kameraların inşaatını və hər cür soyutma sistemlərinin quraşdırılmasını müvəffəqiyyətlə həyata keçirir. Soyuducu avadanlıqlarımız Türkiyə, İtaliya, Hollandiya və Almaniya istehsalı olub, müştərilərin istəyinə görə dəyərləndirilir. Soyutma qruplarıyla bərabər soyuq oda qapılarının, kilitli və kilitsiz panellərinin müxtəlif ölçüdə və tələb olunan temperaturda modul tipli kabinlərin də təşkilini həyata keçiririk. Müştərinin istəyinə görə aşağıdakı soyutma sistemləri dəyərləndirilərək tövsiyə oluna bilir:

  1. Mərkəzi soyutma sistemi
  • Yarı hermetik,
  • SCROLL
  • Vidalı qruplar
  1. Split soyutma sistemi
  • Yarı hermetik,
  • SCROLL
  • Hermetik
  1. Nəmləndirmə sistemləri
  2. Havalandırma sistemləri

Qeyd olunan bu sistemlərin hər hansı birinin tətbiqi zamanı tələb olunan şərtlərə görə təhlil edilərək seçim edilir. Sistem fərqliliyindən asılı olmayaraq müştərilər üçün aşağıdakı soyuducu kameraların yüksək keyfiyyətdə təhvilini təmin edə bilirik:

  1. Donmuş kameralar
  2. Atmosfer kontrollu kameralar
  3. Saxlama kameraları
  4. Ön soyutma kameraları və s.

Partnyorluq etdiyimiz xarici şirkətlər istehsal və xidmətlərin keyfiyyətini əks etdirən CE, TSE-HYB, İSO 9001, İSO 14001, GOST-R və s. sertifikatlara sahibdirlər. Digər işlərimizdə olduğu kimi, bu sahədə də ən böyük qazancımız müştərilərimizin məmnuniyyəti və bizə olan güvənini qoruyub saxlamaqdır.